ABŞ bəzi noutbuk modellərinə qadağa qoyub

19-08-2019 / 17:27

Xeberler.az bildirir ki, "Apple" şirkətinin 15 düymlü "MacBook Pro" noutbuklarının bəzi modellərinin litium-ion batareyalarının yanmasından ehtiyat edərək geri çağırmasından sonra "MacOS" əməliyyat sisteminə malik 15 düymlü hər hansı noutbukların sahibləri ABŞ aeroportlarında problemlə qarşılaşırlar. Təhlükəsizlik-mühafizə xidmətinin əməkdaşları sərnişinləri dayandırır və onları sorğu-suala tuturlar.

Noutbukların geri çağırılması ilə bağlı ABŞ-ın Federal Aviasiya İdarəsi bu həftə bəyan edib ki, aviaşirkətlərə təhlükəsizlik qaydaları barədə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda geri çağırılan modellərə aid olan noutbukların nə baqajda, nə də əl yükü qismində daşınmasına icazə verilmədiyi xatırladılır. İyun ayında "Apple" şirkəti 15 düymlü "MacBook Pro" noutbuklarının bəzi modellərini geri qaytarması barədə bəyan vermişdi. Buna səbəb onların batareyasının həddindən artıq qızmaya meyilli olması göstərilir. Buraya 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək olan dövrdə satılan kömpüterlər aid edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə