Apple 1 milyard iPhone satıb

28-07-2016 / 15:43

Apple iPhone 9-cu ilində önəmli yeniliyə imza atdı.

Xeberler.az-ın məlumatına görə, Apple CEO-su Tim Cook dünən şirkətin Kaliforniyadakı ümumi mərkəzində  təşkil edilən yığıncağında Apple-ın  bir milyardıncı iPhone-nunu satdığını bildirib.

1 milyardıncı iPhone xəbəri Apple-ın iPhone satışları mövzusunda son dövrdə verdiyi ən yaxşı xəbərdir. Çünki  son vaxtlar  Apple-ın  iPhone satışlarındakı  geriləmə davam edir.

Nəticələrə görə, 25 iyunda, sona çatan üç aylıq dövrdə Apple 40 milyondan çox iPhone satıb.

Ötən ilin eyni dövründə bu sayı 47 milyondan çox  idi. Ancaq şirkət gözləntilərdən artıq satmağı bacarıb. Çünki Apple-ın iPhone satışlarının 40 milyonla məhdud qalacağı təxmin edilirdi.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə