İphone 6S-in təqdim olunacağı tarix açıqlandı

08-08-2015 / 12:32

Son vaxtlar Apple və Samsung arasındakı rəqabət daha da böyüyüb. Samsung Galaxy Note 5 telefonunu vaxtından əvvəl satışa çıxarması ilə planlarını açıqladıqdan sonra, Apple şirkəti yeni İphone-nun təqdim olunması ilə bağlı yeni qərar qəbul etməsi gözlənilir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Apple hər il sentyabrın 9-da təqdim etdiyi yeni İphone telefonunu bu il də həmin tarixdə təqdim edə bilər.

Apple sentyabrın 9-da yeni İphone modelini, Apple TV  və yeni İpad-nı təqdim edəcək. Təqdim olunacaq İphone-nun görünüşündə heç  bir fərq hiss olunmur, ancaq bəzi texniki parametrlər cəhətdən İphone 6-dan üstün olacaq.

Bunlardan biri də yeni Force Touch Technology  funksiyasıdır. Bu funksiya ekrana toxunmanın həssaslığını yoxlayacaq. Bu da o deməkdir ki, Retina ekranındakı kiçik elektrodlardan istifadə edərək, incə toxunuşla sərt toxunuş arasındakı fərqi yoxlayacaq.

Yeni  İphone modelində Force Touch Technology funksiyasından əlavə su keçirməyən korpus, batareyanın uzun müddət saxlaması,  yüksək keyfiyyətli qrafika, safir kristal ekran kimi yeniliklər də olacaq.

                                           

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə