Apple-dan yeni planşet-iPad Pro

10-09-2015 / 10:27

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Apple şirkətinin iPad Pro  planşetində ekranın diaqonalı 12,9 düym təşkil edir. Yeni cihaz A9X prosessoru ilə təchiz edilib.
  
Qeyd edək ki, iPad Pro planşetinə 4 dinamik quraşdırılıb. Yeni qurğu iPad Air 2  ilə müqayisədə 0,8 mm qalındır. 12,9 düymlük ekrana malik planşetin çəkisi təxminən 712 qram təşkil edir və avtonom iş vaxtı 10 saatdır.


 
İstifadəçi məlumatlarının yadda saxlanılması üçün minimal yaddaş tutumu 32 QB, maksimum 128 QB təşkil edir.

Modeldən asılı olaraq iPad Pro planşetinin dəyəri 799-dan 1079 dollaradək dəyişir. Pencil stilusu 99 dollara, Smart Keyboard klaviaturası 169 dollara satılacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.