KGI Securities şirkətinin tanınmış analitiki Min-Çi Kuonun 9to5Mac nəşri üçün yeni proqnozuna əsasən, Apple şirkəti cari ilin yazında üç yeni iPad modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük iPad modeli A10X prosessoru ilə işləyən iPad Pro modelinin ikinci nəslidir.
9.7 düymlük iPad modeli ilk dəfə 2015-ci ildə iPhone 6S və 6S Plus smartfonlarında tətbiq edilmiş A9 prosessoru ilə təchiz ediləcək.
Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin A10X prosessoru ilə təchiz ediləcək.
Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə iPad planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri