Apple iPad Pro noyabrın 11-də satışa çıxarılır

31-10-2015 / 11:23

Apple tərəfindən sentyabr ayında həyata keçirilən mətbuat konfransında elan olunan iPad Pro-nun təqdim olunacağı gün ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, iPad Pro noyabrın 11-də satışa təqdim olunacaq.

Gümüş, qızılı və boz rənglərdə, 32 GB və 128 GB variantlarıyla təqdim olunacaq iPad Pro-nun başlanğıc qiyməti isə 799 dollar olacaq.

Lightning kabeli ilə enerji toplaya biləcəyi müəyyən olunan Apple Pencil üçün 99 dollar qiymət təyin Apple şirkəti Smart Keyboard-u isə 169 dollara satacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.