Previous Next
Bağla

Apple məşhur tətbiqi satın alır

11-12-2017 09:59
 Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki, satınalmanın dekabrın 11-də rəsmi olaraq təsdiq ediləcəyi gözlənilir.

Müxtəlif mənbələrin məlumatına görə, Apple Shazam üçün 401 milyon dollar ödəyəcək.

1999-cu ildə yaradılan Shazam şirkətinə məxsus Shazam mobil tətbiqi əhəmiyyətli bir  uğura imza atdı.

Belə ki, tərbiq bugünə qədər 1 milyarddan çox yüklənib.

Shazam proqramı ətrafınızdakı səsləri dinləmək üçün telefonunuzun mikrofonunu istifadə edir və bu, hansı mahnılar ifa edilirsə, onun adını Sizə təqdim edir.

Günel

 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə