Apple noutbuklarında “ölümün qara ekranı”nı aşkar ediblər

29-11-2008 / 12:48

Yeni Apple noutbuklarında qrafika ilə bağlı iki səhv tapılıb. Hazırda şirkət həmin səhvlərin düzəldilməsi üzərində işləyir. Bu haqda AppleInsider xəbər verir.

Problemlərdən biri MacBook Pro istifadəçilərinin “ölümün qara ekranı” adlandırdığı (the black screen of death) səhvdir ki, oyun başladıqdan bir neçə dəqiqə sonra qara ekranın əmələ gəlir. O, meydana çıxdıqda sistem dayanır, səslənmə təkrar dövr etməyə başlayır.

“Ölümün qara ekranı” MacBook Pro noutbuklarında Mac OS və Windows əməliyyat sistemləri ilə işləyərkən meydana çıxır. Bu səhv əsasən Call of Duty 4, World of Warcraft, Ages of Empire III, Command and Conquer, Oblivion və Company of Heroes kimi oyunlarını oynayarkən yaranır.
Çox güman ki, “Ölümün qara ekranı”nın əmələ gəlmə səbəbi soyudulma sistemi, ya da drayverlə əlaqədardır.

Bundan əlavə, yeni nəsil MacBook və MacBook Pro ekranlarında dalğavari pozulmalar əmələ gəlir. Bu səhv Nvidia  videokartları olan iMac kompüterlərində yaranıb. Intel və ATI qrafikası ilə işləyən Apple kompüterlərində isə belə hala rast gəlinməyib. Həmçinin Windows ilə işləyərkən də bu problem meydana çıxmayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə