Məlumat verdiyimiz kimi, dünən Apple şirkəti yenilənmiş MacBook Pro noutbuklarını təqdim edib.
Xeberler.az-ın məlumatına görə, yenilənmiş MacBook Pro noutbuklarında ilk nəzərə çarpan yenilik Touch Bar adlı klaviaturanın üstündə olan Retina ekranlı sensor sahəsidir.
MacBook Pro-lar 13 və 15 düymlük displeylərlə təchiz edilib. Bununla yanaşı, Touch Bar-ı olmayan bir Macbook Pro da təqdim edilib.
Macbook Pro-larla birlikdə həyatımıza daxil olan Touch Bar, bir çox fərqli tətbiq üçün yeni funksiyaları özündə əks etdirib. Belə ki, Macbook Pro üçün tətbiq yaradan proqramçılar Touch Bar-ın təqdim etdiyi yeni xidmətlərdən faydalanacaq. ESC düyməsinin belə Touch Bar-a daşındığını düşünsək, irəlidə Apple-ın klaviatura yerinə bütöv Touch Bar istifadəsinin da mümkün olacağını söyləyə bilərik.
Cihazların korpusu alüminium materialından hazırlanıb, qurğular daha nazik və yüngül olub. 13 düymlük noutbuk modelinin qalınlığı 14.9 mm təşkil edir, halbuki əvvəlki nəsil modelin qalınlığı 18 mm idi. Bundan başqa, noutbukun ölçüsü 23%, çəkisi isə 200 qr azalıb. İndi 13 düymlük leptopun çəkisi 1.35 kq-dır. 15 düymlük MacBook Pro noutbuk modelinin qalınlığı isə indi 15 mm-dir. Bu noutbukun ölçüsü 20%, çəkisi isə 200 qr azalaraq 1.8 kq təşkil edir.
Yeni Macbook Pro-da ekran keyfiyyəti də artırılıb, daha canlı bir görünüş yeni Macbook Pro sahiblərini qarşılayacaq. Belə ki, noutbukların ekranı 67% daha parlaq və daha kontrast olublar və 25% daha çox rəng əks etdirirlər. Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, displeylərin enerji sərfiyyatını 30% azaltmağa nail olublar.
Macbook Pro-lara gələn Touch Bar-ın bir digər xüsusiyyəti isə Touch ID dəstəyidir. Bununla da, barmaq izi ilə giriş və Apple Pay ilə satınalmaları tək bir barmaq toxunuş edə bilərsiniz.
Macbook Pro üzərindəki Thunderbolt 3 girişləri sayəsində fərqli cihazlarla daha asan əlaqə qura biləcək.
Macbook Pro-nun 13 düym və 15 düym ekrana sahib olmaq üzrə fərqli konfiqurasiyaları var.
13 düymlük modelin qiyməti 1499 dollardan başlayacaq. 15 düymlük MacBook Pro modelinin qiyməti isə 2399 dollar təşkil edəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri