Dolların kursunun artması İKT şirkətlərin məhsullarına da təsir etməyə başladı.
Bu gün Apple bütün iPhone və MackBook Pro-ların qiymətini artırdığını açıqlayıb.
Xeberler.az-ın məlumatına görə, artıq Türkiyədə yeni qiymətlər mediadan elan edilib.
iPhone 7/7 Plus, 6S / 6S Plus, SE və MacBook Pro modelləri üçün edilən qiymət artımından sonra ən bahalı iPhone modelinin qiyməti 5 min 500 TL olub, artımdan öncə bu rəqəm 4 min 599 TL idi.
Yeni qiymətlər Türkiyədə aşağdakı kimidir:
32 GB iPhone 7 : 3 min 799 TL (Əvvəl: 3 min 199 TL)
128 GB iPhone 7 : 4 min 299 TL (Əvvəl: 3 min 599 TL)
256 GB iPhone 7: 4 min 799 TL (Əvvəl: 3 min 999 TL)
32 GB iPhone 7 Plus : 4 min 449 TL (Əvvəl: 3 min 749 TL)
128 GB iPhone 7 Plus: 4 min 949 TL (Əvvəl: 4 min 199 TL)
256 GB iPhone 7 Plus: 5 min 449 TL (Əvvəl: 4 min 599 TL)
32 GB iPhone 6S : 3 min199 TL
128 GB iPhone 6S: 3 min 699 TL
32 GB iPhone 6S Plus: 3 min 699 TL
128 GB iPhone 6S Plus: 4 min199 TL
MacBook-ların ən ucuz modeli 13 inçlik Touch Bar-sız MacBook Pro-nun qiyməti 5 min 999 TL-dən 6 min 999 TL-yə yüksəlib.
Qiymət artımının Azərbaycanda necə olacağı ilə bağlı Alma Store mağazalar şəbəkəsi ilə əlaqə saxladıq.
Mağazadan verilən məlumata görə, hələlik iPhone modellərinin qiymətində artım yoxdur. Yenilik olarsa, bu haqda ictimaiyyətə məlumat veriləcək.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri