Apple şirkəti ənənəvi olaraq hər ilin payızında iki təqdimat keçirərək yeni qurğular təqdim edir.
Sentyabrda ictimaiyyətə smartfonlar, bir qədər sonra planşet, kompüter və s. məhsullar nümayiş olunur.
Xeberler.az-ın məlumatına görə, ABŞ şirkəti jurnalistlərə oktyabrın 27-də keçiriləcək təqdimata dəvətnamə göndərib. Şirkətin Kupertino şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbirdə yeni kompüterlərin, o cümlədən istifadəçilərin çoxdan intizarında olduğu yenilənmiş “MacBook” noutbuklarının nümayiş olunacağı gözlənilir.
Təqdimat 1998-ci ildə ilk iMac kompüterinin nümayişinə işarə olan “Hello again” şüarı ilə baş tutacaq. Apple dünyanı yeni iMac və ya məhsulun tam yenilənmiş versiyası ilə təəccübləndirmək niyyətindədir. Həmçinin Mac Pro qurğularının yenilənəcəyi bildirilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri