Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Apple korporasiyasının icraçı direktoru Stiv Cobsu müvəqqəti əvəz edən əməliyyat direktoru Tim Kuk şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Apple hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.
Bundan əlavə əməliyyat direktoru qeyd edib ki, hazırda şirkət rabitə xidmətlərinə dair müqaviləsiz satılan mobil telefonlar bazarı üçün həllər üzərində işləyir.
Analitiklərin fikrincə, T. Kukun bəyanatı Apple-ın ucuz qiymətli iPhone buraxmaq niyyətində olmasına dair xəbərləri bir daha təsdiq edir. Son aylar ərzində bir neçə nüfuzlu nəşrlər yazırdı ki, Apple mobil rabitə operatoru ilə xüsusi müqavilənin bağlanmasını tələb etməyən, qiyməti isə 200 ABŞ dollarına yaxın olan iPhone buraxmağı planlaşdırır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri