"Apple" CEO-su Tim Kuk şirkətin innovasiyaların olmaması ilə bağlı tənqidlərə cavab verib. O bildirib ki, komandası "birinci deyil, ən yaxşısı olmaq" fəlsəfəsini izləyir.
Xeberler.az məlumat verir ki, bu barədə şirkətin rəhbəri WSJ-yə danışıb.
Onun sözlərinə görə, "Apple"ın prioriteti həmişə istifadəçilərin həyatını yaxşılaşdıran yüksək keyfiyyətli məhsullar yaratmaq olub.
Kuk etiraf edib ki, "Apple" süni intellekt tətbiq etməyə tələsmir və bunu sürətdən çox keyfiyyət istəyi ilə izah edib. O qeyd edib ki, şirkətin yenilikləri, o cümlədən "Apple Intelligence", sonda "iPhone"un toxunma interfeysi və ya "iPod" təkərindən heç də az əhəmiyyət kəsb etməyəcək.
Kuk şirkətin "iPhone" və "AirPods" kimi uğurlu məhsullarının bir gecədə məşhurlaşmadığını vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri