Previous Next
Bağla

“Apple” “iPhone Duo”nun çatdırılmasını təxirə salıb

17-10-2026 10:19
“Apple” “iPhone Duo”nun çatdırılmasını  təxirə salıb

“Apple” şirkəti yeni qatlanan “iPhone Duo” smartfonunun çatdırılma tarixini 2027-ci ilin yanvarına təxirə salıb.

Xeberler.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, buna oktyabrın 16-da ilkin sifarişlərin başlamasından sonra yaranan yüksək tələbat səbəb olub. Smartfonun ehtiyatları sifarişlərin ilk günü tükənib və bu, çatdırılma tarixlərinin bir neçə ay gecikməsinə gətirib çıxarıb.

Agentlik analitiklərinin proqnozlarına əsasən, “iPhone Duo”nun satışları “Apple”ın 2027-ci maliyyə ili üçün gözləntilərini üstələyə bilər. Şirkətin bu dövrdə 14 milyon cihaz satacağı və 28 milyard dollar gəlir əldə edəcəyi ehtimal olunur.

Qeyd edək ki, “Apple” ilk qatlanan smartfonu “iPhone Duo”nu 2026-cı ilin sentyabrında təqdim edib.

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə