“Apple” şirkətinin baş dizayneri istefaya gedir

29-06-2019 / 10:58

“Apple” şirkətinin dizayn üzrə direktoru Conatan Ayv bu ilin sonuna qədər vəzifəsindən ayrılacaq. O, müştəriləri sırasında “Apple”ın olacağı özünün müstəqil dizayn şirkətini yaratmaq niyyətindədir.

Xeberler.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

“Apple”dan bildiriblər ki, bir sıra layihələr üzrə C.Ayv ilə sıx əməkdaşlığı davam etdirəcəklər.

C.Ayv 1991-ci ildən “Apple”da işləyir. Onun rəhbərliyi altında “Apple”ın bütün məşhur məhsulları – “iMac”, “MacBook”, “iPod”, “iPhone” və “iPad” istehsal olunub. O, 2015-ci ildə xüsusi olaraq onun üçün yaradılmış yeni dizayn üzrə direktor vəzifəsinə keçib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə