“Apple” süni intellektlə işləyən axtarış sistemini işə salacaq

06-09-2025 / 08:38

“Apple” süni intellektlə işləyən axtarış sistemini işə salmağı və onu Siri səsli köməkçisinə inteqrasiya etməyi planlaşdırır. Bu yeni həllin daxili adı “World Knowledge Answers” olacaq. Texnologiya Safari brauzerinə və “iPhone” əsas ekranından axtarış etmək üçün istifadə edilən “Spotlight” xidmətinə quraşdırılacaq.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, start “Siri”nin dəfələrlə təxirə salınmış yenilənməsi çərçivəsində 2026-cı ilin mart ayına planlaşdırılır. Təşəbbüs “Apple” səsli köməkçisi və əməliyyat sistemlərini istifadəçilərin internetdə məlumat axtara biləcəyi məkana çevirmək məqsədi daşıyır.

Gələcək texnologiyanın əsası “Google”dan götürülə bilər. Bildirilir ki, şirkətlər razılığa gəliblər, ona uyğun olaraq “Apple” gələcək inteqrasiya üçün axtarış nəhənginin süni intellekt modelini qiymətləndirəcək.

“Apple”ın yeni axtarış sistemi mətn, foto və videoları dəstəkləyən interfeysə sahib olacaq. Həmçinin süni intellektlə işləyən ümumiləşdirmə sistemi də tətbiq ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə