Yeni Apple TV təqdim olundu

10-09-2015 / 11:33

Apple şirkəti dünən  San-Fransiskoda təşkil etdiyi mərasimdə yeni  Apple TV-ni də təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir, şirkətin direktoru Tim Kukun sözlərinə görə, ağıllı Apple TV güclü təchizat, müasir interfeys və geniş xüsusiyyətlərə malik olmağı ilə hər kəsin rəğbətini qazanacaq.

Xeberler.az təqdimatda açıqlanan  Apple TV-nin yeni funksiyalarını təqdim edir.

Apple TV -də nəzərə çarpan ilk funksiya uzaqdan idarə olunan aparatın olmasıdır. 

Belə ki, əl təmasi ilə çalışan bu cihazda  üzərində klassik tənzimləmə düymələri ilə  yanaşı Siri-i ilə rahat əlaqə qurmaq üçün yeni düymə  də əlavə olunub.

Aparat isə portdan enerji yığır və 3 ay müddətində istifadə oluna bilir.

Aparatda digər özəllik isə gamepad  xidmətinin olmasıdır. Yəni, yeni aparatla oyuna görə fərqli funkisyalara dəyişə bilir.  Hərəkət sensoru ehtiva edən funksiyalarda Wii və  Nunchuck-dan da istifadə etmək mümkündür.

Apple TV-nin yenilikləri arasında Siri-nin yeri də olduqca böyükdür. Səsli  axtarış köməkçisi rolunu oynayan  Siri ilə yeni cihazın bütün xüsusiyyətlərini istifadə etmək mümkündür.  Belə ki, Siri-dən filmə fasilə vermək, filmi başlatmaq, yeni bir film axtarmaq, yeni bir tətbiq açmaq,  oynat, pauza  kimi funksiyaları  yerinə yetirir.

Qeyd edək ki, Apple TV –yə App Store dəstəyi də olacaq. Apple TV iOS istifadəçiləri üçün əlçatan olacaq.

Yeni cihazda ən vacib məqamlardan biri də iTunes Store-dir.

Yeni Apple TV-də iTunes Store  təklifləri , yeni fayllar tapmaq asanlaşdırır. 

 iTunes ilə yanaşı , ağıllı TV-yə Apple Music tətbiqi də  əlavə olunub.

Apple Tv-nin texniki parametrləri əvvəlki nəsillərdən tamamilə fərqlənir.

Belə ki, tvOS əməliyyat sistemi ilə işləyən cihaz 64 bit A8 prossesoru ilə təchiz olunub. Bluetooth 4.0 və MIMO texnologiyalı 802.11ac Wi-Fi və infraqırmızı alıcı yer alır. Cihazda ethernet və HDMI portlar var. 32 GB və 64 GB-lıq iki versiyada bazara çıxarılacaq Apple TV-nin qiymətləri isə müvafiq olaraq 149 dollar və 199 dollar olacaq.

Yeni Apple TV isə oktyabr ayında satışa çıxarılacaq.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə