Bu günə qədər sosial media dünyasında varlığını göstərmədən həyatını davam etdirən Apple üçün oyunun taleyi dəyişəcək kimi görünür.
Belə ki, öz markasını daşıyan Twitter hesabını 2011-ci ildə alan, ancaq bu günə qədər nə loqo, nə də mesaj kimi hər hansı bir ünsiyyətdə aktiv olmayan Apple bu gün hesabını aktiv edib.
Xeberler.az-ın məlumatına görə, ilk olaraq şirkət sentyabrın 7-də yeni iPhone-nun təqdimatı üçün hazırlanan dəvətnaməni paylaşıb.
Şirkət daha əvvəl AppStore və Apple Music kimi alt markaları üçün rəsmi hesablarını açmışdı.
Son olaraq Twitter üzərindən müştəri xidmətləri dəstəyi təqdim etməyə başladığı Apple Support hesabını açan Apple, əslində öz hesabını da aktiv hala gətirə biləcəyi siqnallarını vermişdi.
2011-ci ildə @Apple istifadəçi adı ilə Twitter-də olan markanın hesabında heç bir fəaliyyət yox idi. Hər boş Twitter hesabında olduğu kimi yumurtalı bir profil rəsmi var idi.
Apple bu gün etdiyi yeniləmə ilə profil şəkilinə Apple loqosunu əlavə edib, "mavi işarə" alaraq "Verified" ( rəsmi təsdiq) hesabı da oldu.
Sürətlə gələn izləyici sayı bu yazının yazıldığı an etibarilə 63 mini keçib.
Mətbuatda yayımlanan məlumatlara görə, Apple 7 sentyabrda təşkil edəcəyi iPhone 7 tədbirini Twitter üzərindən canlı tweet etməyi planlaşdırır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri