Samsung-dan sonra bu dəfə Apple telefonunun partlaması ilə gündəmə gəlib.
Xeberler.az-ın məlumatına görə, iPhone 7 Plus istifadəçilərindən biri əriyən telefonun Twitter-də şəklini paylaşıb.
Belə ki, hadisə Brianna Olivas adlı Twitter istifadəçisinin başına gəlib.
Mashable saytına danışan Olivas səhər yatarkən yastığının yanında şarj olan çəhrayı rəngli iPhone 7 Plus-dan tüstülər çıxdığını görür. Dostu telefonu həmin yerdən alır və şkafa qoyur. Sonra iPhone-nun əriyərək tüstü və müxtəlif səslər çıxardığını görür.
Telefona müdaxilə edən istifadəçi qeyd edir ki, telefon alov almağa başlayır və o, telefonu suyun altına aparan kimi telefon partlayır.
İstifadəçi bu prosesi videoaya alıb.
Olivas-in Twitter-da paylaşdığı video 23 min dəfə “retwee” edilib və milyonlarla dəfə izlənib.
Apple şirkəti çox keçmədən məsələyə rəsmi münasibət bildirib.
Şirkət qeyd edib ki, hazırda istifadəçi ilə əlaqə saxlanılır və baş vermiş hadisə araşdırılır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri