Previous Next
Bağla

“Asan İmza” ilə 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib

11-02-2016 12:52
“Asan İmza”  ilə  10 milyondan artıq  elektron əməliyyat həyata keçirilib

Fevralın 10-da Bakıda Vergilər Nazirliyi tərəfindən təşkil edilmiş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumu keçirilib. Forumda Prezident Administrasiyasının, Vergilər Nazirliyinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının və digər dövlət orqanlarının nümayəndələri, eləcə də Dünya Bankının, yerli bankların, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), qeyri-hökumət təşkilatlarının, ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak edib.

Vergilər Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, forumda “Asan İmza – elektron vergi xidmətlərinin innovativ açarı” mövzusunda təqdimatla “Asan İmza” xidmətinin operatoru olan B.EST Solutions şirkətinin direktoru xanım Yana Krimpe də çıxış edib. Təqdimat zamanı xanım Krimpe mobil autentifikasiya və imzalama xidməti olan və ölkədə elektron vergi xidmətlərinin təqdim edilməsində istifadə edilən “Asan İmza” həllinin unikallığından danışıb.

O, forum iştirakçılarını “Asan İmza” xidmətinin ötən iki il ərzindəki fəaliyyətinin nəticələri üzrə əsas statistik göstəricilərlə tanış edib, qeyd edib ki, hazırda “Asan İmza” xidmətinə ölkənin aparıcı banklarının və ödəniş platformalarının sistemləri qoşulub. Xanım Krimpe bildirib ki, son zamanlar özəl xidmət təminatçılarının “Asan İmza” texnologiyasına marağı əhəmiyyətli dərəcədə artıb və bu da ilk növbədə bank sektorunda onlayn xidmətlərin inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və maliyyə xidmətləri sahəsində yüksək rəqabətlə bağlıdır.   

Çıxışında o qeyd edib ki, “Asan İmza” istifadəçilərə bütün elektron dövlət xidmətlərinə çıxış imkanı verir. Xidmət təminatçıları sırasında “Asan İmza”dan istifadəyə görə ilk yerləri Vergilər Nazirliyi (2,5 mln.-dək onlayn əməliyyat), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (cəmi təqribən 1,5 mln. onlayn əməliyyat) tutur.

Bildirilib ki, elektron xidmətlərin səmərəliliyinin ölçülməsi zamanı həyata keçirilmiş əməliyyatların sayını nəzərə almaq lazımdır. “Asan İmza” xidmətinin fəaliyyətinin iki ili ərzində onun vasitəsilə 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib ki, bu da “Asan İmza”nın dünya üzrə analoqları ilə müqayisədə olduqca yüksək göstəricidir.

Təqdimat zamanı “Asan İmza”nın tətbiqi ilə mümkün olan yeni innovativ xidmətlərə də toxunulub.

Qeyd edilib ki, 195 Çağrı Mərkəzinin mobil imza xidməti ilə inteqrasiyası sayəsində çağrı mərkəzinə zəng edərək bəzi vergi bəyannamələrini təqdim etmək, eləcə də “Asan Ödəniş” sistemi üzərindən inzibati qayda pozuntuları üzrə cərimələr və protokollar barədə məlumat almaq və bu cür cərimələri onlayn ödəmək imkanı yaradılıb.

Ayrıca olaraq vergi xidmətlərinin göstərilməsində elektron və mobil imza alətlərindən fəal istifadə edən Vergilər Nazirliyinin ölkədə elektron xidmətlərin inkişafındakı aparıcı roluna diqqət çəkilib.

Forum iştirakçıları həmçinin “Asan İmza” istifadəçilərinin bu xidmətin onların işgüzar həyatının necə asanlaşdırdığı barədə fikirləri ilə də tanış olublar. Azərbaycanın Əməkdar Artisti, M-Group Production şirkətinin rəhbəri  Murad Dadaşovun fikrinə əsasən, “Asan İmza” maksimal təhlükəsizlik, imkanlar və çeviklik   təmin edir, bu da bu xidmətdən dünyanın istənilən nöqtəsində və istənilən an istifadə etməyə şərait yaradır.

Microsoft şirkətinin nümayəndəsi Səbinə Pərvizi isə “Asan İmza” xidmətini biznes proseslərin sürətləndirilməsində və ümumilikdə biznesin səmərəliliyinin artırılmasında ideal həll kimi səciyyələndirir. “Asan İmza” xidmətinin daha bir istifadəçisi, əcnəbi vətəndaş olan Con Krouford Florey isə bu xidməti Azərbaycanda biznes açmaq barədə düşünən bütün əcnəbi iş adamlarına tövsiyə edir. Belə ki “Asan İmza”nın köməyilə ölkədə ən qısa zamanda yeni şirkət qeydiyyatdan keçirmək, vergi bəyannamələrini təqdim etmək və maliyyə xidmətlərindən yararlanmaq mümkündür. 

Tədbirdə iştirak edən digər natiqlər də öz çıxışlarında “Asan İmza” xidmətinin üstünlüklərinə toxunub.

Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və əməliyyatlar departamentinin direktor müavini cənab Vahid Qurbanlı öz məruzəsində “Asan İmza” xidmətinin Hökumət Ödəniş Portalı ilə uğurlu inteqrasiyasını qeyd edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) şöbə müdirinin müavini cənab Fariz Cəfərov ASAN Xidmət mərkəzlərində əhalinin “Asan İmza” əldə etməsinə böyük marağının olduğunu qeyd etdi və bildirdi ki, mərkəzlər vasitəsilə indiyədək təqdim edilmiş bütün “Asan İmza” sertifikatlarının üçdə biri təqdim edilib.

Vergilər nazirinin müavini  Sahib Ələkbərov isə öz növbəsində ölkədə innovativ mobil imza xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, “Asan İmza” elektron mühitdə əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin və toxunulmazlığının qarantıdır və kibertəhlükəsizliyin təmin edilməsində vacib rol oynayır. 

Tədbir zamanı “Asan İmza” brendinin “Made in Azerbaijan” şüarı altında ixrac potensialına da xüsusi toxunulub .

Bildirilib ki, bu istiqamətdə artıq ilk addımlar atılıb – belə ki, ötən ilin noyabr ayında Bakıda keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) yığıncağında təşkilatın daxili elektron sənəd dövriyyəsi platforması olan ISESCO BESTDOC portalının təqdimatı keçirilib və portala “Asan İmza” mobil elektron imzasının inteqrasiyası müzakirə edilib.

Qeyd edək ki, B.EST Solutions şirkətinin vergilər, rabitə və yüksək texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan İmza” xidməti elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

04-03-2025

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

ASAN imza sertifikatları elektron formada veriləcək

10-10-2019

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Asan İmza ödənişsiz oldu

22-05-2020

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə