Mayın 10-12-də Londonda (Böyük Britaniya) nüfuzlu beynəlxalq "SDW 2016" konfrans və sərgisi keçiriləcək. Tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir.
Bu barədə Xeberler.az-a B.EST Solutions şirkətindən məlumat verilib:
"Konfransa qatılacaq iştirakçıların coğrafiyası olduqca genişdir: tədbirdə ümumilikdə 76 ölkədən 1 500-dək nümayəndə iştirak edəcək. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq".
Konfransda məruzə ilə B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri Yana Krimpe de çıxış edəcək. Y.Krimpe öz çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan “Asan İmza” barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təqdim olunur. B.EST Solutions şirkəti “Asan İmza” mobil imza xidmətinin yaradıcısı və operatorudur. “Asan İmza” istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri