Previous Next
Bağla

Azər Həsrət : Asan İmza üçün milyonlarla dollar vəsait havaya sovrulub

24-01-2019 17:24
Azər Həsrət : Asan İmza üçün milyonlarla dollar vəsait havaya sovrulub

Bir müddət əvvəl “Asan İmza”nın (xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün mobil identifikasiya) bahalaşması həm istifadəçilər, həm də ekspertlər tərəfindən narazılıqla qarşılanmışdı. 

Məlumat üçün bildirək ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları üçün “Asan İmza” xidmətinə 3 illik qoşulma qiyməti (ƏDV daxil) “Azercell”, “Nar” istifadəçiləri üçün 54.46 AZN, “Bakcell” istifadəçiləri üçün isə 58 AZN-dır və aylıq abunə haqqı yoxdur. Fərdi şəxslər (vətəndaşlar və daimi/müvəqqəti yaşayan əcnəbilər), hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üçün isə 3 illik xidmət haqqı 18, aylıq abunə haqqı isə 2.50 AZN-dir. 

Kart dəyişikliyi üçün də (ƏDV daxil) 3,54 AZN ödənilməlidir. Beləliklə, fiziki şəxslər bu imzadan yararlanmaq üçün aylıq 2.50 AZN ödəyir ki, bu da bir ilə 30, 3 ilə isə 90 manata başa gəlir. Bu rəqəm qoşulmaq haqqı və simkart dəyişikliyi ilə birlikdə 111.54 AZN edir.

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları isə bu imzanı əldə etmək üçün “Azercell”, “Nar” istifadəçiləri ümumilikdə 58 AZN, “Bakcell” istifadəçiləri 61.54 AZN ödəyir. 

Buradan bir sual doğur. Nə üçün qiymətlər bütün “Asan İmza” istifadəçiləri üçün eyni deyil? 

Xeberler.az  bildirir ki, Cebhe.info-nun sualını cavablandıran Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, “Asan İmza” özünü doğrultmamış texnoloji tətbiqdir:

“Azərbaycan hakimiyyətini inandırmışdılar ki, bu yolla şəffaflığı və çevikliyi təmin etmək olar, ancaq təəssüf ki, “Asan İmza” bəzi işbazların (istər hakimiyyətdə, istərsə də mobil operatorlarda olsun) ölkə xalqının cibinə girməsi üçün əlavə bir imkan yaratdı. Faktiki olaraq bu gün göstərilməyən xidmətə görə “Asan İmza” istifadəçilərindən ayda 2.50 AZN tutulur ki, bunun əsaslandırılması yoxdur. Bundan başqa, “Asan İmza”dan istifadə zamanı da “siçan-pişik” oyunu oynayarmış kimi mesaj gedib- gəlir və onu təsdiq etmək lazımdır ki, bunun üçün də pul çıxılır. Həmçinin, “Asan İmza” üçün simkartın dəyişdirilməsi və yaxud yenisinin alınması tələb edilir. Halbuki bu da heç bir əsaslanmaya söykənmir”. 

Azər Həsrət əlavə edib ki, ölkədə keçən ilin sentyabrından etibarən yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq olunur və biometrik vəsiqələrdə şəxsi informasiyalar var: 

“Bu vəsiqələr elektron oxunandır və elektron imzaya sahibdir. Amma təəssüf ki, bu vəsiqələri əldə etdikdən sonra verilən təlimatla internet üzərindən onun aktivləşməsini edə bilmirik. Cənab prezidentə hesabat verilib ki, guya həmin şəxsiyyət vəsiqələri həm də elektron imzanı əvəz edəcək. Ancaq bu iş başa çatdırılmayıb və burada yenə də mobil operatorlarla işbirliyi içində olan hökumət işbazlarının rolunu görürəm. Bunlar əllərindən gələni edirlər ki, vətəndaşlar gedib məcburi olaraq “Asan İmza” alsın və ondan istifadə etsinlər. Əlbəttə ki, bundan çıxış yolu var və şəxsən özüm bütün bu oyunlardan bezdiyimə, etiraz səsimi dəfələrlə ucaltmağıma baxmayaraq, fərq olmadığı üçün VÖEN hesabımı dondurdum və biznes fəaliyyətimə son verdim ki, “Asan İmza”dan istifadə etməyim”. 

O əlavə edib ki, insanları küncə sıxıb, məcbur edirlər ki, “Asan İmza”dan istifadə olunsun: 

“Halbuki, bu, çox mənasız və əsaslandırılmamış xidmətdir. Düşünürəm ki, bununla bağlı olaraq cənab prezidentə geniş məlumat verilməlidir ki, “Asan İmza” ləğv edilsin. Bildirim ki, yeni nəsil şəxsiyyət vəsiqələri elektron imzanı da təmin etdiyindən bu məsələ tamamilə bağlanılmalıdır. Ölkədə “Asan İmza”nın tətbiqi üçün milyonlarla dollar vəsait xərclənib və həmin vəsait havaya sovrulub”. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Azercell –in “Asan İmza” endirimləri davam edir

31-03-2015

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Əcnəbilər SİMA rəqəmsal imza sahibi ola biləcək

14-11-2023

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

Asan İmza ödənişsiz oldu

22-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə