“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016 / 12:09

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar hesabına Şirkətin törəməsi olan SOCAR Capital şirkəti ASAN Xidmət ailəsinə daxil olacaq".

Xeberler.az bildirir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, ASAN Xidmət mərkəzlərində istiqrazların satışı zamanı vətəndaşlarla maarifləndirmə işləri də aparılacaq, vətəndaş məmnunluğu təmin ediləcək: “Çox şadam ki, Azərbaycanın ən qocaman qurumu ilə ən gənc qurumu arasında belə bir əməkdaşlıq yaranıb”.

İ.Kərimov onu da deyib ki, Azərbaycanda ASAN Kommunal Mərkəzlərinin açılaması gözlənilir: “Bu mərkəzlərdə SOCAR-ın tərkibinə daxil olan Azəriqaz İstehsalat Birliyinə, eləcə də digər kommunal xidmət qurumları fəaliyyət göstərəcəklər". (Report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə