“ASAN xidmət” əməkdaşlarının andiçmə mərasimi keçirilib

23-06-2025 / 11:41

Hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi təşkil edilib.

Xeberler.az bildirir ki, Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təbir zamanı Prezident İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladığı və Sərəncama əsasən təltif olunanlar sırasında Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayevin də olduğu diqqətə çatdırılıb.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.

Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 58 dövlət qulluqçusu and içib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə