Previous Next
Bağla

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026 15:01
“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o qeyd edib ki, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” üzərində qurulub və bu model bürokratiyanın azaldılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir. Həmçinin “ASAN xidmət”in həm yerli, həm də beynəlxalq müstəvidə etibarlı və tətbiq oluna bilən model kimi tanındığı və bu gün yüksək vətəndaş məmnunluğu ilə effektiv nəticələr təqdim etdiyi auditoriyanın diqqətinə çatdırılıb.

Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı dəyirmi masa müzakirəsində də çıxış edib. Vurğulanıb ki, süni intellektdən dövlət qulluqçularının səmərəliliyini artırmaq, qərarvermə proseslərini gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün strateji alət kimi istifadə edilməlidir. Dəyirmi masada 15-dən çox ölkənin yüksəksəviyyəli rəsmiləri çıxış ediblər.

Dünya Hökumətləri Sammiti zamanı BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüş keçirilib. Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib. Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025

“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində iştirak edir

04-02-2026

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində iştirak edib

13-02-2025

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə