“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025 / 16:54

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş İkinci Ərəb İdarəetmə Forumunda iştirak edib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCWA) və BƏƏ Hökumətinin təşkilatçılığı ilə keçirilib.

Forumda BƏƏ, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Tunis, İordaniya, Oman, Bəhreyn, Cibuti, Somali, Livan kimi ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də beynəlxalq təşkilatların və akademik qurumların təmsilçiləri iştirak ediblər.

Məqsəd dövlət idarəçiliyində yeni strategiyaların müəyyənləşdirilməsi üçün müzakirələrin aparılması, innovasiyanın təşviqi məqsədilə hökumətlər, özəl sektor və akademik dairələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı təcrübələrin bölüşülməsi olub.

Dövlət Agentliyinin nümayəndəsinin təqdimatı zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bu model vasitəsilə dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən innovativ və şəffaf yanaşmalar, eləcə də modelin tətbiqinin vətəndaş məmnunluğuna təsiri diqqətə çatdırılıb.

Həmçinin hazırda Azərbaycanın intellektual brendinin bir sıra ərəb ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Bu çərçivədə BƏƏ-nin, Mərakeşin, İordaniyanın, Somalinin, eləcə BMT-nin müxtəlif bölmələrinin nümayəndələri ilə görüşlər də keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə