Previous Next
Bağla

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018 12:52
ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

20-24 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Afrika şəhərlərinin 8-ci Forumu”nda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdə olub. Səfər Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassinin dəvəti ilə həyata keçirilib.

Xeberler.az  bildirir ki, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatının Mərakeş Krallığının Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi Foruma Afrika qitəsini təmsil edən ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının və şəhər, yerli idarəetmə orqanlarının rəhbərləri, məmur və ekspertləri iştirak ediblər. Həmçinin tədbirə Avropa və Asiya dövlətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri, diplomatik korpus və akademik dairələrin nümayəndələri qismində 5000-dən çox iştirakçı qatılıb.

Forum çərçivəsində 500-dən çox, o cümlədən 22 noyabr tarixində Dövlət Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusunda sessiya keçirilib. Sessiyaya sədrliyi Kamerunun Nqulemakonq şəhərinin meri Albert Aniset Akoa, moderatorluğu Dövlət Agentliyinin Aparat rəhbəri edib.
Sessiya zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Yaponiyanın Tsukuba şəhərinin meri Tatsuo İqaraşi, Fransanın Hudan şəhərinin meri Jan-Meri Tetar, Uqanda Yerli İdarəetmə Assosiasiyasınn Prezidenti Corc Mutabaz, Beynəlxalq Dövlət Xidmətləri Qeyri-Hökumət Təşkilatının Regional katibi Evelin Akeç, Afrika Dövlət İdarəetməsi Assoasiyasının Cənubi Afrika Respublikası bölməsinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Matayva Busieka, Tanzaniya Yerli İdarəetmə Orqanları Assosiasiyasının sədri Abubakar Qulamhaffez tərəfindən çıxışlar edilib. Onlar dövlət xidmətlərində innovasiyalarla bağlı Afrika, Avropa və Asiya təcrübələrinə, mövcud problemlər, çətinliklər və qabaqcıl təcrübələrə əsaslanan həllər və gələcək fəaliyyətə həsr olunmuş mövzulara dair çıxışlar ediblər.

Eyni zamanda, sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in innovasiyalara yönəlmiş fəaliyyətini əks etdirən geniş təqdimat edib. Son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in innovasiyaların tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər və vətəndaş məmnunluğu barədə məlumat verilib, dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsindəki uğurlu təcrübə diqqətə çatdırılıb. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələrində, o cümlədən Afrika ölkələri olan Mərakeş və Uqanda, habelə UCLG Africa təşkilatı ilə dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı qeyd edilib. Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.

“ASAN xidmət” təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Sessiya öz işini müzakirələrlə davam etdirib. Sonda sessiyanın yekunları üzrə tövsiyələr qəbul olunub. Forumun işində iştirakla yanaşı bir sıra ikitərəfli görüşlər də keçirilib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar Bölməsinin direktoru Con-Meri Kauzya, UCLG Afrika təşkilatının Afrika Yerli İdarəetmə Orqanları Akademiyasının rəhbəri Nəcat Zarruk, Fransanın Hudan şəhərinin meri Tetar ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin Afrika yerli və regional orqanlarında, habelə Fransa şəhərlərində tətbiqi, BMT çərçivəsində müvafiq mövzuda toplantılara “ASAN xidmət”in töhfəsi, digər əməkdaşlıq perspektivləri müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025
ASAN xidmət  qlobal forumda təqdim olunub

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016
“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

26-05-2026
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

15-05-2020
Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025
Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019
Dövlət Agentliyinin nümayəndə heyəti  Uqanda Respublikasına səfər edib

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə