Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ülvi Mehdiyev bildirib ki, xalqımızın ən qürurlu səhifələrindən biri olan Zəfər Gününün 5 illiyi böyük sevinc və fəxarətlə qeyd olunur. O vurğulayıb ki, 5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib, xalqımızın onilliklər boyu arzuladığı ədalət bərpa olunub. Həmçinin diqqətə çatdırılıb ki, bu Zəfər həm birliyimizin, həm də gücümüzün təntənəsidir və gələcək nəsillər üçün əbədi qürur mənbəyidir.
Şəhidlərimiz - Babək Ramaldanovun, İbrahim Sadıqlının və Nurlan Ağakişiyevin ataları Meyvəddin Ramaldanov, Şahin Sadıqov və Etibar Ağakişiyev bu günü qürur və ehtiram hissi ilə qeyd etdiklərini vurğulayıblar. Onlar övladlarının Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edərək qəhrəmanlıq nümunəsi göstərdiklərini və igidliklərinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Vətən müharibəsi qəhrəmanları Mirdamət Bağıyev və Azər Abdullazadə döyüş meydanında göstərilən igidliyin və sədaqətin xalqımızın birliyini, Ordumuzun qüdrətini nümayiş etdirdiyini diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu Qələbə şəhidlərimizin qanı, əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılmış şanlı tarixdir.
Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib və tanınmış incəsənət xadimlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.
Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranının ailə üzvü və müharibə veteranı statusuna malik əməkdaş çalışır.



Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları