Avirtelin Abşeron Telekommunikasiya Qovşağı ilə olan məhkəməsi təxirə salınıb

10-10-2019 / 20:00

Xeberler.az bildirir ki, 10 oktyabr Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Avirtel provayderinin Abşeron Telekommunikasiya Qovşağına qarşı iddiası üzrə məhkəmə başlanılıb. Lakin məhkəmə təxirə salınıb.

Belə ki, hakim Aztelekom MMC-nin hüqiqi statusunun müəyyən edilməsi və cavabdeh qismində cəlb edilməsi, Abşeron TQ-nin də hüquqi statusunun müəyyən edilməsi və bu məqsədlə bütün zəruri sübutların tədim edilməsi məqsədilə məhkəmə baxışını 12 noyabr tarixə təyin edib.

Məlum olduğu kimi bir sıra provayderlər, o cümlədən Avirtel özəl provayderi müştərilərinin Aztelekom tərəfindən "oğurlanaraq" Aztelekom.net dövlət provayderinə köçürüldüyünü bildirib və məhkəməyə müraciət ediblər.
Avirtel yalnız Abşeron TQ tərəfindən 1300 müştərisinin oğurlandığını bildirib.

Qeyd edək ki, bir sıra özəl provayderlər artıq rayonlardan tam çıxarılıb. Xaçmaz rayonunda indiyədək fəaliyyət göstərən 7 provayder fəaliyyətini dayandırıb.
Burada yalnız Aztelekom dövlət provayderi fəaliyyət göstərir. Özəl provayderlərin sayının kəskin azaldığı yerlərdən biri də Abşeron rayonudur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.