Previous Next
Bağla

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

11-05-2022 17:24
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb. Layihə bu yaxınlarda təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.

 

Xeberler.az bildirir ki, məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.

 

Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan sürücülər ödənişsiz olaraq iştirak edə biləcəklər. Sürücülərin təhsil haqlarını Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ödəyəcək. Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.

 

“100 yeni sürücü” layihəsi əmək bazarının tələblərinə cavab verən tədris proqramı və təlim materialları əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında keçiriləcək. Tədris prosesinə Azərbaycanın ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri, həmçinin təlim ustaları cəlb olunublar.

 

Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismar xüsusiyyətləri və buna dair tələblər barədə məlumatlar veriləcək. Eyni zamanda yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri izah olunacaq. Sürücülər yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım barədə biliklər əldə edəcəklər.

 

Sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılacaq. Bu məlumatlar həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“100 yeni beynəlxalq sürücü” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

20-07-2022

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

Nazirlər Kabineti yeni qərar qəbul edib

13-04-2022

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

12-01-2022

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022

“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

25-07-2022

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

28-02-2022

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018

Bu il 1235 daşıyıcıya “TİR Karnet “ kitabçası verilib

28-12-2023

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023

Ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir

30-04-2019

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər

27-06-2024

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

04-09-2018

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018

Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

16-11-2022

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

Regional avtovağzallara pasport verilib

01-06-2018

5863 nəqliyyat vasitəsinə “Buraxılış kartı” verilib

11-05-2023

Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

16-05-2019

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019

Beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı artıb

11-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə