Bakıda ölkənin ən iri şirkətlərinin maliyyə direktorları ilə məlumat təhlükəsizliyi və süni intellekt texnologiyalarından istifadə məsələləri müzakirə olunub.
26 dekabr 2023-cü il, Bakı. İT konsaltinq ilə məşğul olan “Awara IT” şirkəti Azərbaycanın maliyyə mütəxəssisləri birliyi “CFO Club Azerbaijan”ın dəstəyi ilə müxtəlif sahələrdə çalışan baş maliyyə direktorları (CFO) üçün Bakıda ilk dəfə işgüzar şam yeməyi təşkil edib. “Awara IT”nin Azərbaycanda nümayəndəliyinin açılışı ilə eyni vaxta təsadüf edən tədbir müasir müəssisələr üçün uyğunlaşdırılmış maliyyə və hesabat tapşırıqlarının avtomatlaşdırılması həllərinin öyrənilməsinə, o cümlədən hesabatların konsolidasiyası və avtomatlaşdırılması, maliyyə monitorinqi və məlumatların təhlükəsizliyi məsələlərinin həllinə həsr olunub.
“Awara IT” komandasını informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik natiqlər, o cümlədən “Awara IT” şirkətinin MDB üzrə baş direktoru Mixail Nam, “Awara IT”nin idarəedici partnyoru Aleksandr Yermakov və “Awara IT”nin biznesin inkişafı üzrə direktoru Tatyana Qorlina təmsil ediblər.
Onlar “Awara IT”nin xidmətlər portfelini müzakirə edib, bazarda ERP (müəssisənin resurslarının planlaşdırılması) həllərinin müxtəlifliyini, o cümlədən “Microsoft Dynamics 365”i xüsusi vurğulayaraq onun çeviklik, ekosistem yanaşması və süni intellektdən istifadə edərək ERP-ni növbəti səviyyəyə çıxaran, biznes-proseslərin yaradılması, proqnozlaşdırılması və təhlili imkanlarını təmin edən “Microsoft Copilot”un innovativliyi kimi bir çox üstünlüklərini qeyd ediblər. “Microsoft Copilot” analitika və avtomatlaşdırma üçün yeni standart təyin edən dil və qabaqcıl düşünmə imkanlarını ehtiva edir.
“Bugünkü tədbir şirkətimizin Azərbaycanda gələcək inkişafı üçün dayanıqlı zəmin yaradılmasının ilk mərhələsidir. Biz məlum səbəblərə görə bu ölkəni Cənubi Qafqaz regionunda əsas tərəfdaş seçmişik. Bildiyiniz kimi, Azərbaycan bu regionda prioritet mövqelərdən birini tutur və bir çox tranzit marşrutları üçün başlanğıc nöqtəsidir. Ölkədə yaşıl enerji sürətlə inkişaf edir, neft, maliyyə və tikinti sektorlarında yüksək texnologiyaların tətbiqi artır. Bizim innovativ həllərimiz bu regionda bir çox sənaye sahələrinin sürətli inkişafına töhfə verə bilər”, - deyə Aleksandr Yermakov bildirib.
O, həmçinin “Awara IT"nin Azərbaycanda nümayəndəlik açması ilə bağlı açıqlama verib.
“Şirkətimizin müxtəlif ölkələrdə çoxlu resursları var. Əminik ki, müştərilərimizlə işin uğuru birbaşa əlaqə, yerli bazarın mədəniyyəti və adət-ənənələrini bilmək və müştərilərlə ana dilində ünsiyyət qurmaqdır. Atacağımız növbəti addım texnopark rezidenti statusunun alınması və biznesin rəqəmsallaşdırılması təşəbbüslərini dəstəkləməkdir”, - deyə Yermakov qeyd edib.
Tatyana Qorlina maliyyə təhlükəsizliyi, o cümlədən “Microsoft Dynamics 365 Fraud Protection”ın inteqrasiyasından istifadə edərək fırıldaqçılıq fəaliyyətlərinə nəzarət etmək imkanı haqqında danışıb. O, həmçinin tədbir iştirakçılarını “Awara IT”nin maliyyə layihələrindəki praktiki təcrübəsi ilə tanış edib.
Tədbirin xüsusi qonaqları qismində iştirak edən “CFO Club Azerbaijan”ın həmtəsisçisi Pərvin Əbilov Azərbaycanda müəssisələrin maliyyə sahəsindəki mövcud problemlərdən danışıb, “Zaman Re (Insurance) Broker”in baş maliyyə direktoru Tutu Əfəndizadə isə “Awara IT” komandası tərəfindən “Microsoft Business Central” proqramının tətbiqi ilə bağlı nümunəni iştirakçılarla bölüşüb.
Mixail Nam çıxışlarına görə qonaqlara və müştərilərə minnətdarlığını bildirib və bu cür tədbirlər vasitəsilə yeni və mövcud müştərilər arasında dialoq qurulması üçün körpü rolunu oynamağa davam edəcəklərinə söz verib.
İclasda 30-dan çox şirkətin, o cümlədən “Paşa Bank”, “Xalq Bank”, “Qala Həyat” Sığorta Şirkəti, “SOCAR Midstream Operations” , "Mətanət A" və “Veysəloğlu” Şirkətlər Qrupu və digər aparıcı şirkətlərin maliyyə direktorları və müxtəlif sahələr üzrə mütəxəssisləri iştirak ediblər. İştirakçılar maliyyə idarəçiliyi, təhlükəsizlik və digər mövzuları müzakirə edərək təcrübə mübadiləsi aparıblar.
“AWARA IT” şirkəti haqqında:
“Awara IT” ERP, CRM, Low-Code, Data & AI, biznes məhsuldarlığı və kibertəhlükəsizlik alətlərindən və digər texnologiyalardan istifadə etməklə biznes proseslərinin avtomatlaşdırılması və modernləşdirilməsi ilə məşğul olan qlobal konsaltinq şirkətidir. O, istənilən “Microsoft” həllini həyata keçirmək üçün etibarlı tərəfdaşdır. 15 ildən artıq təcrübəyə malik şirkət 150-dən çox layihə həyata keçirib. “Awara IT Azerbaijan” yeni istiqamətlərdən biridir.
“CFO Club Azerbaijan” haqqında:
“CFO Club Azerbaijan” bilik və təcrübə mübadiləsi, həmçinin yeni nəsil peşəkarların yetişməsinə təşviq və dəstək yolu ilə bu sahəni inkişaf etdirməyə çalışan maliyyə peşəkarlarının ictimai cəmiyyətidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri