Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015 / 16:19

“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iştirakı ilə Bakıda ənənəvi “Microsoft” İnnovasiya Gününü (“Microsoft Innovation Day”) keçirib.

Xəbərlər-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib ki, bu gün müasir insanın həyatı bulud texnologiyaları ilə sıx bağlıdır: işdə, təhsildə, məişətdə, sosial həyatda, əyləncədə, səyahətdə və s. Bütün bunları nəzərə alaraq, “Microsoft Azerbaijan” şirkəti builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edir.

“Biz anlamalıyıq ki, innovasiyalar uzaq gələcəkdə olan bir şey deyil, və həllərin bir qismi artıq bu gün bizim gündəlik həyatımızda mövcuddur. Ümumiyyətlə, cari inkişaf birbaşa olaraq innovasiyalarla bağlıdır. “Microsoft” Korporasiyası yeni məhsulları istehsal etdikdən sonra yeni trend formalaşdıra bilir və şirkət bu sahə üzrə dünya liderləri sırasındadır”, - deyə R. Hacıəlibəyov bildirib.

İnnovasiya Günü çərçivəsində “Microsoft Azerbaijan” şirkətinin əməkdaşları tədbir iştirakçılarına bulud strategiyası haqqında məlumat verib, müştərilər tərəfindən bulud həllərinin nə üçün seçilib və ya hələlik tərəddüd etdiyi haqqında danışıb, həmçinin “Microsoft”un bulud strategiyasında təcrübəsi ilə bölüşüblər.

Texnoloji yeniliklərə həsr olunmuş İnnovasiya Günü müasir texnologiyalar aləmində cari vəziyyəti işıqlandırıb, hazırkı dünya trendlərini ən son məhsullarla əlaqələndirib, həmçinin elektromobil sənayesinin perspektivlərini nümayiş etdirib.

Bundan başqa, “Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, “Windows” əsaslı  cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirib, eyni zamanda, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə məlumat veriblər.

Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış “Tesla” avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunub.

“Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə