“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017 / 16:40

Microsoft korporasiyası bu gün Bakıda işə başlayan XXIV “Xəzər Neft və Qaz” Beynəlxalq Konfransın innovasiya tərəfdaşı olub.

Xeberler.az-ın məlumatına görə, regionda neft və qaz sənayesinin əsas diqqət mərkəzinə çevrilən konfrans hər il Xəzər regionunda əhəmiyyətli neft-qaz layihələri və enerji təhlükəsizliyinin təminatına dair müzakirələr aparmaq məqsədilə yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Konfrans çərçivəsində tədbir iştirakçıları qlobal enerji sektorunda Azərbaycanın rolu, qabaqcıl layihələr və onların gələcək inkişaf strategiyasının ümumi vəziyyəti, qabaqcıl qazma və neftçıxarma texnologiyaları vasitəsilə neft hasilatı əmsalının artırılması, ekoloji və sənaye təhlükəsizliyinin təminatı, Azərbaycanda alternativ enerji inkişafı, Azərbaycanda torpaq kəşfiyyatı işlərinin nəzərdən keçirilməsi və s. kimi məsələləri müzakirə edəcəklər.

Konfransın ilk günündə “Azərbaycanda neft emalı və neft-kimya sənayesinin icmalı" sessiyasında Mərkəzi və Şərqi Avropada Microsoft korporasiyasının neft və qaz sənayesi üçün həllərinin aparıcı təchizatçısı olan Tibor Baço (Tibor Bacso) Microsoft Azure Machine Learning-in tətbiqi ilə NEZ-in məhsuldarlığının optimallaşdırılmasında “big data”nın istifadəsi” mövzusuna həsr olunmuş, tədbirin ikinci günündə isə "İnsanlar üçün rəqəmsal proseslərin və texnologiyaların istifadəsi" sessiyasında korporasiyanın nümayəndəsi “Kəşfiyyat və istehsal səmərəliliyinin artırılması üçün Microsoft-un bulud həllərinin imkanlarından istifadə” mövzusuna həsr olunmuş təqdimatlarla çıxış edəcək.

"Microsoft korporasiyası “Xəzər Neft və Qaz – 2017“ beynəlxalq konfransın innovasiya partnyoru qismində çıxış etməkdən və sözügedən sahədə mühüm bir hadisəyə dəstək olmaqdan məmnundur. Bu təşəbbüs “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanan Azərbaycan üzrə Milli Planının bir hissəsidir. Microsoft-un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı müəssisələrin iqtisadi effektivliliyinin artırılması daxildir. Enerji daşıyıcılarına olan qlobal tələbat və təkliflər üzrə problemlərin həlli biznes proseslərinin inteqrasiyası, innovasiya sıçrayışları və möhkəm işgüzar əlaqələrdən asılıdır. Microsoft-un texnologiyaları neft-qaz sahəsində çalışan insanlara daha optimal və operativ qərarlar qəbul etməyə kömək edir. Onlarla quyunun, yüzlərlə qurğunun və minlərlə insanın uğurlu koordinasiyası üçün etibarlı və funksional kompleksli İT-sistemlər gərəkdir. “Microsoft”un layihələrin idarə olunması texnologiyaları şirkətlərə istənilən miqyasda layihələri həyata keçirməyə yardım edəcək», - deyə Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Qeyd edək ki, ikigünlük konfransda 30 ölkədən artıq 400-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə