Ötən il Bakı şəhəri üzrə daşınan 476 milyon sərnişin üzrə ödənişlərin 77,5 faizi nağdsız qaydada olub.
Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Anar Rzayevin sözlərinə görə, 2023-cü illə müqayisədə nağdsız ödəniş 17 faiz artıb.
“Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2022-ci ildə təxminən 1000 ədəd, 2023-cü ildə 1400 ədəd olduğu halda hazırda bu göstərici təxminən 2000 ədədə çatdırılıb. Bakı şəhəri üzrə 2024-cü ildə 2023-cü illə müqayisədə 28 milyon çox sərnişin daşınıb”, - deyə AYNA sədri əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri