Previous Next
Bağla

Osman Gündüz: AZCON meqa holdinqi özünü doğruldacaqmı?

09-01-2025 16:32
Osman Gündüz: AZCON meqa holdinqi özünü doğruldacaqmı?
"Prezident İlham Əliyev ötən günlərdə yerli mediaya verdiyi müsahibədə nəqliyyat və kommunikasiya sektorunun ən böyük qurumu- AZCON haqqında da danışıb. Dərhal qeyd edim ki, bu holdinq nəinki adı çəkilən sektorda, ümumiyyətlə ölkədə ən böyük qurum hesab oluna bilər. Ölkənin ən böyük nəqliyyat və kommunikasiya təbii inhisarçıları bu meqa qurumda cəmləşib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnernet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin qeyd edib ki, Azərbaycan İnvestisiya Holdinqin tərkibində olan nəqliyyat qurumları da AZCON tərkibinə qatılıb:
 
"Prezident İlham Əliyev müsahibəsində nəqliyyat və kommunikasiya sektorunun vahid platformada - AZCON çətiri altında birləşdirilməsinin çevik idarəetmə zərurəti, səmərəlilik və kordinasiya zərurətindən irəli gəldiyini vurğulayıb.
 
Prezidentin çıxışında dövlət şirkətlərinin uzun illər təkcə təbii inhisarçı kimi deyil, həm də zərərlə işləyən qurumlar kimi fəaliyyət göstərməsi məsələsinə xüsusi diqqət çəkib".
 
Osman Gündüz düşünür ki, AZCON ideyası uğurlu olacaq:
 
"Dövlət şirkətlərinin idarəetməsində və bir çoxunun da maliyyə dayanıqlığında ciddi problemlər vardı. Subsidiya üzərində "oturanlar" da çoxluq təşkil edir.
 
Bu yeni yanaşma isə düşünürəm ki, ölkənin nəqliyyat və kommunikasiya sektorunda daha ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. İdarəetmədəki qüsurlar və qanun pozuntuları səngiyəcək.
 
Ümumiyyətlə bu addım ölkəmizin gələcəkdə həm iqtisadi gəlirlərini artırmaq, həm də nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə olaraq siyasi mövqeyini gücləndirmək baxımından xüsusi önəm daşıyır.
 
Nəqliyyat qurumları arasında koordinasiyanın zəifliyi sektorun tam potensialını ortaya qoymasına mane olurdu. Lakin yeni struktur bu çatışmazlıqları aradan qaldıraraq daha şəffaf, çevik və işlək mexanizm yaradacaq.
 
Hazirda bu sektorda əldə olunan gəlirlər UDM-in çox cüzi hissəsini təşkil edir. Güman ki, təmərküzləşmədən sonra bu rəqəmlər artacaq".
 
Ekspertin sözlərinə gör.ə, AZCON-un yaradılması ilə dövlət sektorunda innovasiya və rəqabətqabiliyyətlilik yeni mərhələyə qədəm qoyacaq. Bu həm nəqliyyat və kommunikasiya sektorunun daha effektiv fəaliyyətini təmin edəcək, həm də Azərbaycanın tranzit qovşağı kimi strateji mövqeyini daha da möhkəmləndirəcək:
 
"Eyni zamanda, Prezident İlham Əliyevin vurğuladığı kimi, bəzi dövlət şirkətlərinin sağlamlaşdırılması fikrimcə onların gələcəkdə özəlləşdirilməsi üçün də zəmin yaradır.
 
Çox güman ki, hökumət bəzi dövlət şirkətlərini sağlamlaşdıraraq özəlləşdirməyə çıxarmaq niyyətindədir.
 
Aztelekom timsalında bunu müşahidə etmək olur ki, yeni yanaşmlar bu qurumun dayanıqlığını xeyli artırıb.
 
Güman ki yaxın gələcəkdə Aztelekom-un pərakəndə internet satışı infrastrukturu da özəlləşdirilməyə çıxarılacaq".
 
Sonda Osman Gündüz qeyd edib ki, yeni yanaşmalar, dövlət şirkətlərinin sağlamlaşdırlaraq özəlləşdirilməyə çıxarılması diqqət cəlb edəndir, iqtisadiyyatın liberallaşdırılması və dövlət sektorunda səmərəliliyin artırılması istiqamətində mühüm addımdır:
 
"Sağlam və rəqabətədavamlı mühit yaradıldıqdan sonra bu şirkətlərin özəl sektora transferi onların daha da inkişaf etməsinə və ölkə iqtisadiyyatına əlavə töhfə verməsinə imkan yaradacaq".
 
AZCON holdinqinin idarəetməsinə verilən qurumların siyahısını təqdim edirik:
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərkosmos
9. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
10. “Azerbaijan International Telecom” (AzInTelecom)”
11. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
12. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
13. “Teleradio və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin sturukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

13-07-2018

AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib

29-04-2025

Bəzi dövlət müəssisələri özəlləşdiriləcək

14-06-2024

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024

AZCON-un Müşahidə Şurasının ilk iclası keçirilib

11-04-2025

Gələn ilin dövlət büdcəsi hazırlanır

01-02-2018

AZCON-a daxil olan şirkətlərin özəlləşdirilməsi müzakirə edilib

30-09-2025

Rəqəmsallaşma alternativ xəbər mənbələrinin yaranmasına zəmin yaradır

02-05-2025

Ekspert: Hava limanında “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi başa çatıb

18-09-2025

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018

Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

13-06-2020

Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir

08-01-2025

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb

07-11-2024

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

AZCON-un fəaliyyət istiqamətləri açıqlanıb

15-01-2025

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

AZCON-a icraçı direktor təyin olunub

03-03-2025

Aztelekom-un loqosu dəyişdi

02-10-2015

"Azərpoçt"a yeni rəhbər təyin olunub

20-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə