“ChatGPT”nin işində fasilələr yaranıb

27-12-2024 / 08:44

Generativ süni intellektə (Sİ) malik “ChatGPT”nin işində ABŞ ərazisində fasilələr qeydə alınıb.

Xeberler.az bildirir ki, bu barədə “Downdetector” məlumat verir.

Bildirilib ki, son 24 saatda 15 mindən çox istifadəçi xəta barədə məlumat verib.

İstifadəçilər ən çox xidmətin özünün işindən (91 %) və veb-versiyaya girişlə bağlı problemlərdən (7 %) şikayət ediblər.

Nasazlıqlar həmçinin Azərbaycan, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada və Polşada da qeydə alınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə