Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025 / 15:45

Ötən il ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 631 min 320 şəxs qəbul edilib, onlara 960 min 265 sayda xidmət göstərilib ki, bunun 353 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 88,3 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Xeberler.az məlumat verir ki, qeyd olunan 10 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 faizini təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• “ASAN İmza” sertifikatlarının verilməsi (601 min 159);

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Fiziki şəxsin uçotdan çıxarılması;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

2024-cü il ərzində vergiödəyicilərindən daxil olmuş 35,2 mindən çox yazılı müraciət cavablandırılıb, 13,1 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 4268 vergiödəyicisinin iştirakı ilə 306 görüş keçirilib, 5586 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib. Dövr ərzində ümumilikdə 378 min 75 müraciət üzrə 601 min159 “ASAN İmza” sertifikatı verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə