Previous Next
Bağla

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020 14:17
AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

Xeberler.az bildirir ki, Sentyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib. İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, məqsəd AzTU-da yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, qarşıda duran vəzifələrdən danışıb. Rektor eyni zamanda yeni tədris ilində gənc magistrlərin assistant kimi işə qəbul olunması, tədris prosesinin və akademik yüklərin optimallaşdırılması, yeni tədris planlarının müasir trendlərə uyğunlaşdırılması barədə məlumat verib.  Bildirilib ki, pandemiya səbəbindən yeni tədris ilində dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda internet problemi olan tələbələr də müəyyən olunub. Belə tələbələr onlayn dərslərə qoşulmaq üçün internet paketi ilə təmin ediləcək.

Texniki xarici dilin öyrədilməsinin vacibliyini qeyd edən rektor artıq AzTU-da xarici dilin tədrisi ilə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında aparılacaq tədris 4 səviyyədə icra olunacaq.

O da vurğulanıb ki, AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişaf planı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.

İclasda AzTU-nun İctimai Şurasının üzvləri -  millət vəkilləri Zahid Oruc və Etibar Əliyev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və universitetin Ağsaqqallar Şurasının üzvü Vaqif Mövlazadə görülən işlərlə bağlı fikirlərini bildirib və təkliflər verib. AzTU-da son dövrlərdə gedən islahatlar, o cümlədən onlayn tədrislə bağlı görülən işlər müsbət qiymətləndirilib. Bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

26-08-2022

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

AzTU-da yeni kafedra və şöbələr yaradıldı

27-11-2020

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021

Texniki ali məktəblərdə dil fənlərinin tədrisində İT-nin tətbiqinə dair seminar keçirilib

29-04-2014

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

25-05-2022

“Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

07-06-2024

AzTU-da yeni təyinat

08-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə