Previous Next
Bağla

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026 12:30
Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

Azərbaycanda rəqəmsal sahə üzrə kadr potensialının gücləndirilməsi istiqamətində hansı addımların atılmalı olduğunu müəyyənləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi birlikdə diaqnostik təhlil aparıb. Təhlil zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb. Araşdırmalar göstərdi ki, Azərbaycanda rəqəmsal sahə üzrə məzunların sayı hazırda əmək bazarının tələbatını ümumilikdə qarşılayır.

Xeberler.az məlumat verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib. O bildirilib ki, bir çox məzun ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir: “Təhlillər nəticəsində məlum olub ki, əsas səbəblərdən biri təhsilin keyfiyyətinin bir çox hallarda müasir əmək bazarının tələblərinə tam cavab verməməsidir. Eyni zamanda, təhsil prosesinin daha çox nəzəri istiqamətdə olması və tələbələrə praktiki biliklərin kifayət qədər aşılanmaması əsas problemlərdən biridir. Bu kontekstdən çıxış edərək Elm və Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirilib və bu gün təsis olunan AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) həmin istiqamətdə atılan strateji və unikal addımlardan biridir”.

Rəşad Həsənov qeyd edib ki, layihənin unikallığı iki əsas məqamla bağlıdır: “Birinci məqam ondan ibarətdir ki, bu, Azərbaycanda sənaye ilə akademiyanın bu qədər sıx əməkdaşlıq etdiyi ilk layihələrdən biridir. AZCON Holding tələbələrin seçimindən başlayaraq onların təhsil müddətində dəstəklənməsinədək təhsil prosesinin bütün mərhələlərində iştirak edəcək. Bu dəstək mentorluq proqramları, təcrübə imkanları və digər mexanizmlər vasitəsilə həyata keçiriləcək. Eyni zamanda, kurikulumun hazırlanmasında AZCON Holding iştirak edəcək ki, bu da tələbələrin praktiki bilik və bacarıqlar əldə etməsinə mühüm töhfə verəcək. Layihənin ikinci mühüm üstünlüyü tərəfdaş universitet kimi Almaniyanın Münxen Texniki Universitetinin (TUM) iştirakıdır. TUM bu sahədə dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Universitet müxtəlif beynəlxalq reytinqlərdə davamlı olaraq ilk 20-likdə yer alır və Avropanın aparıcı universitetlərindən hesab olunur. Alman akademik heyətinin kurikulumun hazırlanmasında və tədris prosesində iştirakı, eləcə də müxtəlif təcrübə proqramlarının təşkili tələbələrimizin bilik və bacarıqlarının inkişafına ciddi töhfə verəcək. Ən uğurlu tələbələrin qısamüddətli proqramlar çərçivəsində Münxen Texniki Universitetinin kampusunda təhsil almaq imkanı da olacaq. Bu layihə həm Azərbaycan Texniki Universiteti, həm də ümumilikdə ölkənin təhsil sistemi üçün mühüm əhəmiyyət daşıyır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AZSET çərçivəsində sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur

AZSET çərçivəsində sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur

14-05-2026
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

14-05-2026
Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

14-05-2026
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026
“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

23-06-2023
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021
İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025
Elm və təhsil naziri Qaxda rəqəmsal dərslərin gedişatını izləyib

Elm və təhsil naziri Qaxda rəqəmsal dərslərin gedişatını izləyib

26-05-2026
İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

04-06-2026
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

07-06-2018
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025
Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022
Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

09-06-2026
AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

26-08-2022
BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə