Previous Next
Bağla

AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12-06-2024 17:29
AzTU-da universitet-sənaye tərəfdaşlığı çərçivəsində görüş keçirilib

12 iyun 2024-cü il tarixində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Təhsilin İnkişafı Forumuna hazırlıq və universitet-sənaye tərəfdaşlığı çərçivəsində innovasiya ekosisteminin inkişafı məqsədilə Davamlı İnkişaf Mərkəzində ali təhsil müəssisələrinin nümayəndələri və Tükiyənin “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş arasında görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq,  ötən il keçirilən Təhsilin İnkişafı Forumu nəticəsində yaradılmış “Universitet-Sənaye Dialoq Platforması”nın faydalarından bəhs edib. Rektor bu görüşün 2024-cü ildə keçirilməsi planlaşdırılan “Təhsilin İnkişafı Forumu 2024”-ün hazırlığında mühüm rol oynadığını vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilk növbədə Azərbaycanın ali təhsil müəssisələrinin “QS World University Rankings” kimi nüfuzlu reytinqlərdə irəlləyişinin təqdirəlayiq olduğunu bildirib.  Universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və innovasiya sisteminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edən E.Nəsibov elm və innovasiya istiqamətində faəliyyətin daha da gücləndirilməsi, eləcə də  birgə innovativ layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Məhz bu səbəbdən “CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaşın növbəti görüşlərinin özəl şirkətlər ilə keçiriləcəyi bildirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) şöbə müdiri Samir Həmidov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək EATDA-nın bundan sonraki fəaliyyətlərdə də hər zaman olduğu kimi Fonda dəstək olacağını qeyd edib.

“CATALYSADE Technology Transfer and Innovation Inc”şirkətinin təsisçisi və direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən universitet-sənaye əməkdaşlığı modelinin Türkiyədə qurulduğunu bildirib. “Azərbaycanda İnnovasiya Ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edən S.Yalçıntaş təqdimat sonrası ünvanlanan bütün sualları cavablandırıb. Görüş müzakirələrlə davam edib.

Masaətrafı müzakirələrdə Azərbaycan Texniki Universitetinin, Bakı Slavyan Universitetinin, Bakı Mühəndislik Universitetinin, Qarabağ Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı təsis olunub

11-07-2023

AzTU-da İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib

19-07-2023

“Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb

17-01-2024

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu keçirilib

19-12-2023

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

Ali təhsilin informasiyalaşması müzakirə olunub - Foto

17-01-2017

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar mövzusunda forum keçirilib

30-11-2018

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

“Təhsilin Sosial -İqtisadi İnkişafda Rolu” mövzusunda konfrans keçirilir

30-01-2017

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

“Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılışı olub

15-02-2025

"NEQSOL Holding" və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

06-10-2023

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

30-04-2026

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə