Previous Next
Bağla

Azərbaycan BMT ilə İKT layihələri həyata keçirəcək

22-10-2015 18:22
Azərbaycan BMT  ilə İKT layihələri həyata keçirəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, Əli Abbasov  BMT-nin müvafiq qurumları ilə əməkdaşlığın dövlət tərəfindən yüksək dəyərləndirildiyini ifadə edərək   BMT-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində dinamik inkişafına toxunaraq, BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlığı çərçivəsində ölkədə bir sıra İKT layihələrinin həyata keçirildiyini xatırladıb.

Xüsusən İT sahəsinin gələcək inkişafı üçün mayak rolunu oynayan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın hazırlanmasında, ölkədə elektron idarəçiliyin inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili üçün müvafiq platformanın yaradılmasında, İnternet İdarəçiliyi Forumunun təşkilində və digər sahələrdə BMT İP-in əsas tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb.

Səmimi qəbula görə nümayəndə heyəti adından nazirə minnətdarlığını ifadə edən Olivier Adam ilk olaraq BMTİP-in rəhbəri xanım Helen Klarkın salamlarını çatdırıb.

Azərbaycanın İKT sahəsində inanılmaz uğurlara imza atdığını deyən BMT rəsmisi bu istiqamətdə qazanılan təcrübənin BMT-nin digər üzv ölkələri üçün model rolunu oynaya biləcəyini, həmçinin əldə edilən nailiyyətlərin digər ölkələrlə bölüşdürülməsində BMT İP-in yaxından iştirak edə biləcəyini nəzərə çatdırıb, eyni zamanda təşkilatla əməkdaşlıq çərçivəsində Azərbaycanın Əfqanıstanda e-idarəçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə daha sonra cari layihələr, o cümlədən Azərbaycan üzrə 2016-2020-ci illəri əhatə edəcək ölkə proqramında İKT layihələrinə daha geniş yer ayrılması, “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” çərçivəsində AzDataCom layihəsi üzrə əməkdaşlığın davam etdirilməsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Fransada  Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018
İKT  sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

29-09-2015
“İnkişaf üçün İKT” konfransı başa çatdı

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015
Azərbaycan BMT ilə İKT sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan BMT ilə İKT sahəsində əməkdaşlıq edə bilər

19-04-2023
Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017
İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015
Macarıstan ölkəmizdə İT sahəsinə investisiya qoyuluşuna maraqlıdır

Macarıstan ölkəmizdə İT sahəsinə investisiya qoyuluşuna maraqlıdır

02-10-2015
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025
“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015
İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub

İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub

07-05-2015
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024
"İKT və İqlim dəyişikliyi"

"İKT və İqlim dəyişikliyi"

25-11-2010
Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015
Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015
Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

23-09-2019
RYTN-də İsrail səfiri ilə görüş keçirilib

RYTN-də İsrail səfiri ilə görüş keçirilib

06-08-2015
Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

13-03-2019
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə