Previous Next
Bağla

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015 15:57
Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 17-18 may tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Xəbərlər-in verdiyi məlumata görə, nazir Əli Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikasının hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edən nazir BTİ-nin Azərbaycan Prezidenti cənab İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" doktrinası və  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına verdiyi töhfəsini qeyd edərək, 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.

Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.

Yubiley tədbirinin rəsmi hissəsindən sonra nazir Əli Abbasov BMT-nin Cenevrə ofisinin baş direktor vəzifəsini icra edən Maykl Moller, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Kristian Bax, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Ruqandanın sahə üzrə administrasiya rəhbərləri, eyni zamanda, Regional Rabitə Birliyinin direktoru, ICANN təşkilatının prezidentinin baş müşaviri, BTİ-nin əməkdaşlıq və resursların mobilizasiyası diviziyasının direktoru, BTİ-nin MDB ölkələri üzrə bölməsinin rəhbəri ilə ikitərəfli görüşlər keçirmiş və Azərbaycanla əməkdaşlıq istiqamətlərini müzakirə edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan BTİ-nin yubiley tədbirində Qızıl Tərəfdaş kimi çıxış edəcək

02-05-2015

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

18-04-2014

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

10-11-2009

Əli Abbasov Rusiyada Nazirlər Toplantısında iştirak edəcək

07-05-2015

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13-05-2015

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010

Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

04-11-2009

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr müzakirə edilib

26-07-2023

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2009” sərgi və forumunda bir sıra ikitərəfli görüşlər keçirib

13-10-2009

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Beynəlxalq Telekommunikasiya İttifaqı yeni sayt yaratdı

04-03-2015

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə