Previous Next
Bağla

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022 11:31
Azərbaycan dünya startap reytinqində irəliləyib

“Global StartupBlink” qurumu cari il üçün 100 ölkəni əhatə edən növbəti hesabatını açıqlayıb.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet forumunun prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində bu barədə paylaşım edib.

“Global Startup Ecosystem” reytinqinə görə Azərbaycan 2022-ci ildə 4 pillə irəliləyərək 85-ci yerə qalxıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib. Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 19 pillə geriləmişdi. Hesabatdan görünür ki, ötən ildən başlayaraq “ASAN” “StartupBlink” qurumu ilə partnyorluq edir. Azərbaycandan 43 startap, 11 innovasiya və kovörkinq mərkəzləri barədə məlumatlar da “StartupBlink” bazasına daxil edilib.

Reytinqdən görünür ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində elələri var ki, cari ildə daha uğurlu nəticələr əldə edə biliblər. Məsələn, startap ekosistemin inkişafına görə Gürcüstan 7 pillə, Ermənistan 5 pillə irəliləməklə reytinqdə daha irəlidədirlər. Yalnız Ukrayna, Rusiya və Belarus ötən illə müqayisədə geriləsələr də, reytinqdə bizdən çox irəlidədirlər. “StartupBlink” şirkətinin “Global Startup Ecosystem” hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.

Bu metodologiyada Kəmiyyət indeksinə startapların sayı, kovorkinq mərkəzlərin sayı, akselerasiya mərkəzlərin sayı, startap tədbirlərin sayı və s. parametrlər daxildir.

Keyfiyyət indeksini ölçmək üçün müxəlif beynəlxalq startap platformalardan əldə olunan məlumatlar, özəl sektorun startap ekosistemə investisiyası, startlarda çalışanların sayı , qlobal startap tədbirləri və s. parametrlərdən istifadə olunur.

Biznes mühiti indeksi isə biznesin təşkili üçün mövcud şərtlər, internetin sürəti və internet azadlığı, investisiya mühiti, patentlərin sayı, rəqəmsal bankçılıq və s. əsasında müəyyən olunur.

Beləliklə, Azərbaycanın reytinqdə 4 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından yetərli hesab oluna bilməz.

Xatırladıram ki, ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh dövlət qurumları RİNN, ASAN və KOBİA-dır”.

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

Azərbaycan dünya startap reytinqində geriləyib

28-06-2021

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində irəliləyib

04-08-2022

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

Azərbaycanda neçə startap var?

13-03-2024

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

11-01-2024

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024

Azərbaycan sabit genişzolaqlı internetin sürəti üzrə irəliləyib

16-01-2025

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

18-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə