Previous Next
Bağla

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023 12:41
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2023 ) açıqlanıb.

Xeberler.az-ın məlumatına görə, əvvəlki illərlə müqayisədə bu il Azərbaycan reytinqdə 33 pillə irəliləyərək 52-ci yerdə qərarlaşıb.

"Xatırladıram ki, son 3 ildə Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi. Məsələn, Azərbaycan təkcə ötən il, 2021-ci ilə nisbətən 8 pillə geriləyərək 77-ci yerdən 85-ci yerə enmişdi. Adı çəkilən qurum indeksi formalaşdırmaq üçün 161 ölkədə kibertəhlükəsizliklə bağlı 50-dək istiqamətlər üzrə araşdırmalar aparıblar. Reytinqdə Ukrayna 24-cü, Rusiya 29-cu, Türkiyə 64-cü, Gürcüstan 50-ci, Kazaxıstan 76-cı və Ermənistan 90-cı yerlərdə qərarlaşıblar".

Bunu məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, Gürcüstanın ciddi uğur qazanmasının səbəbi Böyük Britaniyanın kiber sahədə bu ölkəyə ciddi maliyyə və kadr hazırlığına dəstək verməsi olub.

"Qurumun hazırladığı hesabatdan görsənir ki, Azərbaycanda kiber mühit rəqəmsal inkişaf səviyyəsini də xeyli qabaqlayıb. Ötən il bu, tərsinə idi. Kibertəhlükəsizliyin təmin edilməsində ölkələrin hazırlığını ölçən bu qlobal indeks reallığı əks etdirirmi və Azərbaycanın 33 pillə irəliləməsinin kökündə nə dayanır?. Düşünürəm ki, göstərici reallığı əks etdirir və aşağıdakılar bu uğurlu nəticənin əldə edilməsində ciddi rol oynayıb :

- kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən atılan uğurlu addımlar,
- RİNN-nin Technet layihəsi və İsrailin Technion Universiteti ilə birgə kadr hazırlığı sahəsində atdığı addımlar,
- XRİTDX -nin hesabatlığının xeyli artması və ASAN-la kibergigiyena əməkdaşlığı,
- kritik infrastrukturla bağlı sürətli qanunvericilik təşəbbüsləri,
- Universitetlərdə kiber sahəyə diqqətin artması, xüsusilə AzTU -da iki kiber strukturun formalaşdırılması,
- hökumətin ötən il kiber sektorda aparılan ictimai institutlaşmaya dəstək verməsi və s.

Osman Gündüz xatırladıb ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-nin Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DİN cavabdehdir.

"Sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir. Komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ötən il təyin olunan yeni rəisi, general İlqar Musayev rəhbərlik edir. Yeri gəlmişkən, Prezidentin müvafiq fərmanı ilə 5 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək qəbul edilməyib. Dövlətə məxsus informasiya resurslarının zaman-zaman çökməsi, vətəndaşlara qarşı kiberdələduzluq faktları və s. hələlik sektorda problemlərin də yetərincə olmasından xəbər verir".

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini daha da yaxşılaşdırıb

15-04-2024
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb

02-02-2024
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

24-10-2023
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

05-05-2026
Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023
"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

06-05-2026
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Kiberhücumlara qarşı yeni qurum yaradılıb

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə