Previous Next
Bağla

Azərbaycan dünya startap reytinqində geriləyib

28-06-2021 11:05
Azərbaycan dünya startap reytinqində geriləyib
Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2021-ci ildə 19 pillə geriləyərək 89-cu yeri qazanıb. Ötən il Azərbaycan bu reytinq cədvəlidə 70-ci pillədə olub.
 
Global Startup Ecosystem 2021 Hesabatına görə dünyada ən yaxşı startap ekosistemi ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Almaniya, İsveç, Çində formalaşıb.
Keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində elələri var ki, cari ildə daha uğurlu nəticələr əldə edə biliblər.
 
Global Startup Ecosystem 2021 Reytinqində 100 ölkənin daxil olduğu siyahıda bəzi ölkələrin tutduğu yerlər aşağıdakılardır:
 
1 ABŞ
2 Böyük Britaniya
3 İsrail
7 Çin
13 Estoniya
17 Rusiya
34 Ukrayna
44 Türkiyə
65 Ermənistan
67 Belarus
76 Qazaxstan
80 Gürcüstan
88 Monqolustan
89 Azərbaycan
90 Küveyt
100 Efiopiya
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, Ermənistan startap ekosistemin inkişafına görə hətta Belarus və Qazaxstanı qabaqlayıb.
 
Hesabatda ölkələrlə yanaşı bu ölkələrin startaplar üçün ən cəlbedici şəhərləri də
araşdırılıb. Startaplar üçün ən cəlbedici şəhərlər içərisində ilk 3-də San-Fransisko, Nyu York və Pekin yer alıb.
 
Startaplar üçün ən cəlbedici 100 şəhər siyahısına yaxın regiondan yalnız Moskva (9-cu yer), Kiyev( 78-ci yer), İstanbul, Tallin, Vilnus kimi şəhər daxil ola bilib.
 
Azərbaycan isə yalnız 1000 ən yaxşı startap ekosistem şəhəri siyahısına daxil ola bilib, lakin təəssüf ki, bu siyahıda yer alan Bakı şəhəri ötən illə müqayisədə 132 pillə geriləyərək 455-ci yeri tutub.
 
Avropa üzrə ən yaxşı ekosistemi olan şəhərlər içərisində Moskva Tallini qabaqlayaraq Londondan sonra 2-ci yerdə qərarlaşıb. İstanbul da bu siyahıda ilk 20-likdə yer ala bilib".
 
Osman Gündüz qeyd edib ki, StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət, Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır. Bu metodologiyada Kəmiyyət indeksinə startapların sayı, Kovorkinq mərkəzlərin sayı, Akselerasiya mərkəzlərin sayı, Startap tədbirlərin sayı və s. parametrlər daxildir.
Keyfiyyət indeksini ölçmək üçün müxəlif beynəlxalq startap platformalardan əldə olunan məlumatlar, özəl sektorun startap ekosistemə investisiyası, startlarda çalışanların sayı, qlobal startap tədbirləri və s. parametrlərdən istifadə olunur.
 
"Biznes mühiti indeksi isə biznesin təşkili üçün mövcud şərtlər, İnternetin sürəti və internet azadlığı, investisiya mühiti, patentlərin sayı, rəqəmsal bankçılıq və s. əsasında müəyyən olunur".
 
Son olaraq ekspertn sözlərinə görə, hesabatdan görünən odur ki, ölkəmizdə startap ekosistemin inkişafı sahəsində son zamanlarda müəyyən işlər görülsə də ciddi problemlər də var. Xüsusən də bu Reytinq cədvəlində Azərbaycanın qazandığı yer heç bir halda mövcud potensialımıza adekvat deyil:
 
"Belə görünür ki, digər ölkələr də yatmayıblar və ekosistemin inkişafında daha sürətli addımlar ata biliblər.
 
Ümid edirəm ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh olan VXSDİ Dövlət Agentliyi, NRYTN və KOBİA bu Hesabatla bağlı rəsmi açıqlamalar verəcəklər".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan dünya startap reytinqində irəliləyib

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022
Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023
Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində irəliləyib

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində irəliləyib

04-08-2022
Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025
Ekspert: Azərbaycan bu il də The Global Fintech Index 2021 reytinqinə daxil ola bilməyib

Ekspert: Azərbaycan bu il də The Global Fintech Index 2021 reytinqinə daxil ola bilməyib

22-07-2021
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
Startap yaratmaq üçün dünyanın ən yaxşı şəhərlərinin  adı açıqlanıb

Startap yaratmaq üçün dünyanın ən yaxşı şəhərlərinin adı açıqlanıb

29-12-2015
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025
Ekspert: Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar?

Ekspert: Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar?

14-10-2022
Bakı nüfuzlu innovasiya reytinqində “İlin şəhəri” seçilib

Bakı nüfuzlu innovasiya reytinqində “İlin şəhəri” seçilib

23-05-2025
"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

"ASAN xidmət" növbəti beynəlxalq mükafat qazanıb

11-01-2024
Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024
Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019
Azərbaycan internetin sürətinə görə geriləyib

Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023
Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025
“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025
Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

20-09-2024
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycan kibertəhlükəli ölkələr reytinqində 56-cı yerdə qərarlaşıb

03-11-2021
Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

07-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə