Previous Next
Bağla

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025 11:51
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

StartupBlink beynəlxalq təşkilatının 2025-ci il üçün açıqladığı Qlobal Startap Ekosistemi Hesabatına əsasən, Azərbaycan bu reytinqdə 6 pillə irəliləyərək 100 ölkə arasında 74-yerə yüksəlib. Bakı isə şəhərlər üzrə sıralamada 47 pillə irəliləyərək ciddi inkişaf nümayiş etdirib.

Xeberler.az xəbər verir ki, 2024 cü ildə Azərbaycan yalnız 4 pillə, 2023 cü ildə isə cəmi 1 pillə irəliləmişdi. 2021-ci ildə ölkə reytinqdə 19 pillə geriləyərək geriləmə ilə yadda qalmışdı.

Qeyd edək ki, StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət, Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır. 

StartupBlink-ə görə, 2024-ildə sektorda 24.5% dinamika müşahidə olunub. Reytinq, ekosistemin kəmiyyət, keyfiyyət biznes mühiti üzrə müxtəlif indikatorlar əsasında qiymətləndirilməsi ilə tərtib edilir.

Regional mövqelər

  • 42-ci yer – Ukrayna
  • 54-cü yer – Ermənistan
  • 70-ci yer – Qazaxıstan
  • 71-ci yer – Gürcüstan
  • 74-cü yer – Azərbaycan
  • 84-cü yer – Belarus

Azərbaycanda son 6 illik dinamika isə belə olub:

  • 2020 – 70-ci yer
  • 2021 – 89-cu yer (19 pillə geriləmə)
  • 2022 – 85-ci yer (4 pillə irəliləmə)
  • 2023 – 84-cü yer (1 pillə irəliləmə)
  • 2024 – 80-ci yer (4 pillə irəliləmə)
  • 2025 – 74-cü yer (6 pillə irəliləmə) 

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.

Ekspertin sözlərinə görə, uzun illər StartupBlink ilə Azərbaycanın tərəfdaşlığı ASAN xidmət ilə həyata keçirilirdisə, bu ildən etibarən Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi (İRİA) təşkilatın Azərbaycan üzrə rəsmi tərəfdaşı kimi çıxış edir:

“Bu ölkədəki startap ekosistemi ilə bağlı məlumatların artıq İRİA tərəfindən təqdim olunması deməkdir. Ehtimal olunur ki, bu ilki məlumatlar birgə şəkildə təqdim olunub.

Xatırladıram ki, uzun illər StartupBlink qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib". 

Görəsən bu açıqlanan reytinq reallığı əks etdirirmi? 

Ekspert bildirib ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb: 

"Xüsusən də İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır. 

Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib. SABAH.HUB-ın aktivliyi də diqqət cəlb edib. Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb". 

Osman Gündüz qeyd edib ki, ciddi problemlər qalmaqdadır: 

"Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var. 

Düşünürəm ki daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır".

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

Azərbaycan dünya startap reytinqində geriləyib

28-06-2021

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

Azərbaycanda neçə startap var?

13-03-2024

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində irəliləyib

04-08-2022

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024

Bakı nüfuzlu innovasiya reytinqində “İlin şəhəri” seçilib

23-05-2025

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Azərbaycan mobil internetin orta sürətinə görə 1 pillə irəliləyib

16-11-2023

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycan mayda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-06-2023

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə