Previous Next
Bağla

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020 11:34
“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin  qəbuluna başlandı

Xeberler.az bildirir ki, “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan “Azərbaycan İnnovasiya Mükafatı”nı (AİM) qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna start verilib.

Artıq ikinci ildir ki, keçirilən ictimai əsaslı Azərbaycan İnnovasiya Mükafatının Təşkilat Komitəsinin tərkibi sahə üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir.

Layihədə Dövlət – Akademiya – Biznes – Cəmiyyət əsaslı Quad-Helix yanaşması ilə bütövlükdə ekosistemin hər bir oyunçusu nəzərə alınır. Belə ki, oyunçular tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslər kommersiya marağı olmadan, müstəqil münsiflər tərəfindən şəffaf, qərəzsiz üsulla qiymətləndirilir.

Tədbir çərçivəsində 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq. Ötən il 5 nominasiya üzrə keçirilmiş “Azərbaycan İnnovasiya Mükafatı”na bu il daha 2 nominasiya əlavə edilib. Builki müsabiqə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin İnnovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya ekosistemi dəstəkçisi” və “COVID-19 üzrə aparıcı həll təqdimatçısı” nominasiyaları üzrə keçirilir.

Bu linkə (http://innoweek.az/award/) daxil olmaqla iştirak üçün müraciət etmək mümkündür. Müraciətlər 20 sentyabr saat 00:00-dək qəbul olunur. Növbəti mərhələ olaraq jüri hər nominasiya üzrə seçim edəcək və qalibləri müəyyənləşdirəcək.

Qaliblər “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq “Innovation Awards” mükafatlandırma mərasimində elan ediləcək.

Xatırladaq ki, ilk “Innovation Awards Gala” mükafatlandırma mərasimi ötən ilin 23 oktyabr tarixində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimdə “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya tədbiri”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

08-10-2019

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

18-09-2023

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

29-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə