Previous Next
Bağla

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019 18:56
EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

Bu gün Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünün “EU4Digital” layihəsinin müzakirəsinə həsr olunan “dəyirmi masa” keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə HDM təşəbbüsü çərçivəsində yaradılmış 6 istiqamət – “İKT İnnovasiyaları və startap ekosistemi”, “Telekom qaydaları”, “E-trade (e-kommersiya, e-loqistika, e-gömrük)”, “E-səhiyyə”, “E-inam və təhlükəsizlik” və “E-bacarıqlar” istiqamətləri üzrə “EU4Digital” layihəsi çərçivəsində ölkəmizdə görülən işlər və 2020 – 2021-ci illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər, aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri proqramın mahiyyəti barədə danışıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in “İKT innovasiya və startap ekosistemi” üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkəmizdə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. O qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O, həmçinin 2020 – 2021-ci illərdə ölkəmizdə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək, innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

“EU4Digital” layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, “Ernst Young” şirkətinin nümayəndəsi Anar Cəfərzadə öz çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra istiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər “Telekom qaydaları”, “E-ticarət”, “Rəqəmsal Nəqliyyat Dəhlizləri”, “E-səhiyyə”, “Etimad və Təhlükəsizlik”, “Kibertəhlükəsizlik” , “E-bacarıqlar” və s. məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumat veriblər.

Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.

Məlumat üçün bildiririk ki, “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “E-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019

Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

06-11-2019

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

07-03-2019

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

Nazir Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib

13-03-2021

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

Rəşad Nəbiyev Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri ilə görüşüb

01-11-2021

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

“eSAS” könüllülərinə startap ekosisteminin inkişafı və kibertəhlükəsizliklə bağlı məlumat verilib

14-08-2021

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015

Rəqəmsal bacarıqlar və məşğulluq üzrə təlim keçiriləcək

24-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə