Previous Next
Bağla

Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023 12:48
Azərbaycan internetin sürətinə görə geriləyib

Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb.

Xeberler.az bu barədə “Speedtest Global Index”ə istinadən məlumat verir.

Qeyd edilib ki, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 161,15 MB/S), sonuncu - 138-ci yeri isə Kuba (4,13 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləməkdir. Yanvarda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,25 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 179 ölkədə aparılıb. Birinci yeri Sinqapur (234,55 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.

Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 35,08 MB/S sürətlə 172 şəhər arasında 77-ci yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,07 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 204,37 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,55 MB/S sürətlə Kubanın paytaxtı Havana tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 277,57 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,57 MB/S sürətlə sonuncu olub. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023

Azərbaycan mobil internetin orta sürətinə görə 1 pillə irəliləyib

16-11-2023

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

23-05-2023

Azərbaycan mobil internetin sürətinə görə daha 2 pillə irəliləyib

18-09-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə geriləyib

21-07-2023

Azərbaycan mayda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-06-2023

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib

17-10-2023

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-07-2025

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

18-01-2023

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə yerini qoruyub

17-03-2025

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-04-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-02-2026

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-03-2026

Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb

18-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə