Previous Next
Bağla

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020 15:40
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.

Artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edildi. “Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.

Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.

“Aztelekom” rəsmisi qurumun regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib: “Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur. Müasir xidmətlərin çeşidini və həcmini artırmaq üçün mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan xidmətlərlə əvəz edilir”.

Əlavə edib ki, eyni zamanda telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.

Onun sözlərinə görə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanmış layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır, növbəti mərhələdə 6 regionda belə işlərin görülməsi planlaşdırılır. Xidməti ərazilərimizdə kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4-cü nəsil simsiz rabitə texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.

Qeyd edək ki, “Aztelekom” MMC koronavirus pandemiyası ilə əlaqədar əhalini fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətləri ilə təmin etmək üçün qabaqlayıcı və məqsədyönlü tədbirlər görür, texniki heyət gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

09-07-2020
Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021
 Aztelekom internet istifadəçilərinin sayını açıqladı

Aztelekom internet istifadəçilərinin sayını açıqladı

24-11-2017
Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019
Nazirlik regionda yeni texnologiyalar quraşdırır

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021
“Aztelekom” fasiləsiz iş rejimində çalışır

“Aztelekom” fasiləsiz iş rejimində çalışır

16-04-2020
 “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025
"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025
Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019
Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim  edir

Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim edir

23-08-2021
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019
Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

23-07-2020
“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin  icrasını sürətləndirdi

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021
Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019
Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023
“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb   

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022
“Aztelekom” infrastruktur bazasını yeniləyir

“Aztelekom” infrastruktur bazasını yeniləyir

03-02-2026
“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini  yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə